...

IMTI və GOSB Texnoparkı arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

İqtisadiyyat Materials 25 Avqust 2023 12:47 (UTC +04:00)
IMTI və GOSB Texnoparkı arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

31 iyul 2023-cü il tarixində Innovation Management and TRIZ Institute (IMTI) və Gebze Organize Sanayi Bölgesi (GOSB) Texnoparkı arasında elm-innovasiya, elmi tədqiqat və beynəlxalq layihələrin birgə həyata keçirilməsinə dair qarşılıqlı memorandum imzalanıb.

GOSB Texnoparkı Türkiyənin tamamilə investisiya əsaslı innovasiya mərkəzi olan ən görkəmli sənaye zonalarından biridir. GOSB Texnoparkı, əsasən, həm dövlət, həm də kooperativ sektorunun layihələri çərçivəsində infrastruktur (Elektrik, su, tullantı su, təbii qaz və rabitə) sosial və avtorizasiya xidmətləri (yenidənqurma, ətraf mühit), o cümlədən, idarəetmə sahəsində dəstək xidmətləri təqdim edir.

GOSB Texnoparkının əsas missiyası lider yanaşma əsasında cəmiyyətin ehtiyaclarını prioritetləşdirmək və ətraf mühiti nəzərə almaqla sənayeçilərin istehsal proseslərinə müxtəlif layihələrlə dəstək verməkdir.

GOSB Texnoparkı hər cür məlumatın təhlükəsizliyini təmin edən şəkildə, fasiləsiz və yüksək səviyyədə xidmət göstərmək üçün milli və beynəlxalq bazarda mühüm yer tutan iştirakçıları qarşısında aşağıdakı öhdəlikləri götürür: GOSB Texnoparkının vizyonu çərçivəsində Strateji Plana uyğun fəaliyyət göstərərək yüksək keyfiyyətli, ətraf mühitə uyğun və İST (OHS rules) qaydalarına uyğun enerji səmərəliliyinə üstünlük vermək.

Qeyd edək ki, hazırda GOSB Texnoparkında 100-dən artıq şirkət (yerli və beynəlxalq) fəaliyyət göstərir.

Innovation Management and TRIZ Institute (IMTI) Bakıda yaradılıb. Bu təşkilat kommersiya fəaliyyəti ilə yanaşı, müxtəlif sahələrdə akademik təlim, akademik nəşr, məsləhət xidmətləri, elmi əsaslı konfransların təşkili və layihələrin moderatorluğu ilə də məşğul olur.

IMTI öz xidmətlərini təkcə lokal çərçivədə məhdudlaşdırmır, həm də bütün dünya ilə işləyir. IMTI-nin əsas məqsədlərindən biri Qafqaz regionunda innovativ yeniliklərə nail olmaqdır. IMTI-nin əsas missiyası şirkətlərə, qurumlara və regionlara beynəlxalq innovasiya imkanlarını inkişaf etdirməyə kömək edəcək planlar, layihələr, sistem dizaynı/inkişafı və proqramlar hazırlamaqdır.

IMTI-nin fəaliyyəti çərçivəsində, 2019-2023-cü illərdə IMTI ilə GenTRIZ MMC (ABŞ), Altşuller TRIZ Araşdırmaları İnstitutu (ABŞ), Milli Aviasiya Akademiyası (Azərbaycan), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Azərbaycan) və Turnitin LTD (Böyük Britaniya) arasında beş qarşılıqlı strateji əməkdaşlıq sazişi imzalanıb. Bundan əlavə olaraq, Böyük Britaniyanın Loughborough Universitetinin tərkibində “School of Business and Economics”, Hindistanın “the Institute for Engineering Research and Publication” (IFERP) kimi beynəlxalq tədqiqat mərkəzləri ilə razılaşmalar mövcuddur. Adı çəkilən sazişlər həm Azərbaycanda, həm də Qafqazda sənaye, təhsil, innovasiya və oxşar sahələrin təkmilləşdirmə prosesini özündə əks etdirir.

IMTI-nin İdarə Heyətinin sədri, professor Ali B. Kutvan universitet-sənaye-dövlət əməkdaşlığı çərçivəsində Azərbaycanın və Qafqazın yerli sənayesinin beynəlxalq səviyyəyə uyğunlaşdırılması istiqamətində işlərin aparılmasının vacibliyini vurğulamış, onların müntəzəm olaraq təkmilləşdirilməsinin vacibliyindən danışmışdır. Bu məsələdə yerli və beynəlxalq institutlar, tədqiqat mərkəzi ilə əməkdaşlıq çərçivəsində tədqiqatların aparılması ən yüksək prioritetdir.

İmzalanmanın sonunda tərəflər memorandum çərçivəsində gələcək layihələrdə bir-birlərinə uğurlar arzulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti