...

Azərbaycanda 300-ə yaxın aralıq məhsul idxal gömrük rüsumundan azad olunub - Elnur Əliyev

İqtisadiyyat Materials 20 Noyabr 2023 12:16 (UTC +04:00)
Azərbaycanda 300-ə yaxın aralıq məhsul idxal gömrük rüsumundan azad olunub - Elnur Əliyev
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il yerli istehsalda istifadə olunan 300-ə yaxın aralıq məhsul idxal gömrük rüsumundan azad olunub.

Trend xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2023" (GBF23) tədbirində deyib.

O, Azərbaycanda işgüzar mühitin yaxşılaşdırılmasının bir hissəsi iqtisadiyyatın gömrük və vergi tənzimləmə sisteminin təkmilləşdirilməsi ilə əlaqəli olduğunu qeyd edib.

"Dövlətin investisiya mühitinin cəlbediciliyinin artması üçün fiskal vasitələrdən fəal istifadəsi bütün prosesə müsbət təkan verir. Son illər ərzində sahibkarlıq subyektlərini əlçatan gömrük vasitələri və rasional gömrük prosedurları ilə təmin etmək istiqamətində mühüm addımlar atılıb, həmçinin, elektron bəyannamə sistemi və "yaşıl dəhliz" buraxılışı, gömrük sahəsində yeni innovativ texnologiyalar müsbət nəticələr verir.

Bu il yerli istehsalda istifadə olunan 300-ə yaxın aralıq məhsul idxal gömrük rüsumundan azad olunub. Bu addım yerli istehsalın maya dəyərinin azalmasında, həmçinin, ixracın və yerli malların xarici bazarlarda rəqabət qabiliyyətinin artmasında mühüm rol oynayıb.

Qeyd etmək istəyirəm ki, bu proses hazırda davam edir və hökumətimiz bir sıra yeni addımlar atmağı planlaşdırır. Belə ki, ixrac, yerli istehsalın qorunması və xammal tələblərinin qarşılanması, eləcə də, əhalinin idxaldan asılı olan bir sıra mühüm istehlak malları ilə etibarlı təminatı məqsədilə qanunvericilik layihələri hazırlanıb və hazırda müzakirə olunur. Müvafiq orqanlarla müzakirələr aparılır", - deyə o qeyd edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti