...

Azərbaycanda tütün istehsalı ARTIB

İqtisadiyyat Materials 5 Yanvar 2024 15:15 (UTC +04:00)
Azərbaycanda tütün istehsalı ARTIB
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 5259.5 ton tütün istehsal edilib.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.3% və ya 959 ton artıb.

Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 4300,5 ton tütün istehsal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 13.9 milyon dollar dəyərində 3156 ton tütün və tütün sənaye əvəzediciləri ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti