...

Bu il Qarabağda 7 sahibkarlıq subyekti sənaye parklarının rezidenti olub

İqtisadiyyat Materials 9 Aprel 2024 15:24 (UTC +04:00)
Bu il Qarabağda 7 sahibkarlıq subyekti sənaye parklarının rezidenti olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında bu ilin I rübündə 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.

Trend-in agentliyə istinadən verdiyi məlumata görə, bunlardan 4-ü Ağdam Sənaye Parkının, 3-ü “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

Qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye parklarına 54,2 milyon manat dəyərində investisiyanın yatırılması, 480 iş yerinin yaradılması nəzərdə tutulur. Rezidentlər Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında fibrobeton və polistirolbeton blokların, quru inşaat qarışıqların, sement və beton qatqıların, müxtəlif çeşiddə yapışqan lentlərin, ortopedik matras və yumşaq mebellərin, ayaqqabıların və s. məhsulların istehsalını həyata keçirəcəklər.

Qeyd edək ki, müvafiq fərmanlara əsasən 2021-ci ildə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 31 sahibkarlıq subyektinə rezidentlik, 7 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 38 sahibkarlıq subyekti tərəfindən sənaye parklarına 263 milyon manatdan çox investisiyanın yatırılması, 2500-dən artıq iş yerinin yaradılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti