...

2024-cü ilin dövlət büdcəsi bu qədər artırılır

İqtisadiyyat Materials 25 May 2024 11:31 (UTC +04:00)
2024-cü ilin dövlət büdcəsi bu qədər artırılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi təklif edilir.

Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, 2024-cü ilin ilk dörd ayında dövlət büdcəsinin gəlirləri 12144,3 milyon manat proqnoza qarşı 13259,4 milyon manat və ya 109,2 faiz təşkil etmişdir ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1094,4 milyon manat və ya 9,0 faiz çoxdur.

2024-cü ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirlərinin 6867,4 milyon manatı qeyri-neft sektorunun payına düşmüşdür ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 434,4 milyon manat və ya 6,8 faiz çoxdur.

Dövr ərzində dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti