...

Azərbaycanın iri sığorta şirkəti hesab edir ki, tikinti-montaj işlərində məcburi sığortanın tətbiqi hələ tezdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2007 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmaylova/ Azərbaycanda tikinti-montaj işlərinin sığortası məcburi olmamalıdır. Bu fikri "Atesgah" Rusiya-Azərbaycan birgə sığorta şirkətinin sədri İntiqam Hüseynov bildirib.

"Tikinti-montaj işlərində məcburi sığortanın tətbiqi tikinti şirkətlərinin işində müəyyən gərginliyə gətirib çıxaracaq" - deyə Hüseynov bildirib.

Hüseynovun sözlərinə görə, bu həm də ölkədə sosial gərginliyə səbəb olacaq.

Hüseynov bildirib ki, nəqliyyat vasitəsi sahibləri də maşınlarını sığorta etdirmək istəmirdilər, lakin indi hər biri məcburi sığortaya malikdir.

"Əhali başa düşdü ki, avtomobilin sığortası vacibdir və bu, sığortaçının özünə lazımdır. Bu cür hal tikinti şirkətlərində də baş verəcək" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti