...

Maliyyə naziri: "Azərbaycan hökuməti 2008-ci ildə vergi dərəcələrinin azaldılmasına ehtiyac görmür"

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2007 16:40 (UTC +04:00)
Maliyyə naziri:  "Azərbaycan hökuməti 2008-ci ildə vergi dərəcələrinin azaldılmasına ehtiyac görmür"

Azərbaycan, Bakı/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan hökuməti 2008-ci ildə vergi dərəcələrinin azaldılmasına ehtiyac görmür. Bunu cümə axşamı Azərbaycanın Maliyyə naziri Samir Şərifov bildirib.

Əvvəlcə Azərbaycanın Vergilər Nazirliyi ƏDV dərəcəsinin 18 faizdən 17-17,5 faizə qədər azaldılması təklifi ilə çıxış etmişdi. Lakin 2008-ci ilin büdcəsinin müzakirəsi zamanı hökumət hazırkı dərəcələri saxlamaq qərarına gəlib.

Nazirin sözlərinə görə, 2008-ci ildə gəlir vergisi dərəcəsi üzrə müəyyən dəyişikliklər mümkündür. Hazırda iki dərəcə üzrə - 14 və 35 faiz gəlir vergisi tutulur.

"Gəlir səviyyəsinin artması üzrə gözləntilər var ki, bundan da vergi yığılır",-deyə o söyləyib.

Şərifovun sözlərinə görə, 2008-ci ildə ƏDV idarəetməsi sistemində təkmilləşdirilmə gözlənilir. Maliyyə Nazirliyi hələ 2006-cı ildə Vergilər Nazirliyi ilə banklarda ayrıca açıq ƏDV hesabları layihəsi həyata keçirmək istəyirdi. Lakin bu məsələ üzrə ümumi razılığa gəlmək mümkün olmadı.

"Biz başqa sistem haqqında razılaşmışıq. Zənn edirəm, bu, müsnbət nəticələr verəcək",-deyə nazir bildirib.

Şərifov yeni mexanizmi açıqlamayıb, lakin o bildirib ki, qiymətli kağızlar üçün ƏDV ödənilməsi nəzərdə tutulmur.

Xəbər lenti

Xəbər lenti