...

Bakıda qeyri-leqal fəaliyyət göstərən növbəti kazino aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2007 14:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ Ötən həftə Bakının Yasamal rayonunda daha bir qeyri-leqal fəaliyyət göstərən kazino aşkar olunub. Bu barədə Vergilər Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilib.

Kazino Qənbərov Nizami Hüseyn oğlunun istifadəsində olub və İslam Səfərli küçəsi, 43 ünvanında yerləşən binanın zirzəmisində yerləşib.

Vergi Məcəlləsinin 50-ci maddəsinə müvafiq olaraq Qənbərovun qanunsuz fəaliyyəti ilə bağlı akt tərtib olunub. Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti