...

Bakının daşınmaz əmlak bazarında fəallaşma müşahidə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2007 12:59 (UTC +04:00)
Bakının daşınmaz əmlak bazarında fəallaşma müşahidə olunur

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend müxbir Ü.İsmayılova/ "Caspian Property Services" qiymətləndirmə şirkətindən bazar ertəsi verilən məlumata görə, oktyabr ayında Bakının daşınmaz əmlak bazarı avqustun 28-də paytaxta 16 mərtəbəli binanın uçması ilə əlaqədar olaraq (hadisə nəticəsində25 nəfər həlak olub) sentyabr ayında baş verən durğunluqdan sonra bir qədər fəallaşmağa başlayıb.

Şirkətdən verilən məlumata görə, oktyabr ayında təkrar bazarda qiymətlər 5% artıb, ilkin bazarda isə dəyişməz olaraq qalıb.

"Daşınmaz əmlak bazarının iştirakçıları" ictimai birliyinin məlumatlarına əsasən avqust ayında binanın uçmasına qədər Bakının ilkin bazarda daşınmaz əmlakın bir kvadrat metrinin orta qiyməti 1027 dollar, təkrar bazarda isə 1261 dollar təşkil edib.

"Təkrar və torpaq bazarında təklifin bir neçə dəfə artmasına baxmayaraq, tələb o qədər də yüksək deyil" - deyə şirkətdən bildiriblər.

Oktyabr ayında Bakının daşınmaz əmlak bazarının fəallaşması barədə məlumatları daşınmaz əmlak üzrə ekspert, "Daşınmaz əmlak bazarının iştirakçıları" ictimai birliyinin icraçı direktoru Nüsrət İbrahimov da təsdiq edib.

Xəbər lenti

Xəbər lenti