...

2007-ci ildə Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən yeni borclar yaranıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2007 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ Dövlət əmlakının özəlləşdirilməsindən yaranan yeni borcların ümumi məbləği oktyabrın 1-nə 3645,58 min manat təşkil edib. Bu barədə məlumat bazar ertəsi Dövlət Əmlakının İdarə olunması üzrə Dövlət Komitəsindən məlumat verilib.

İcarədə olan qeyri- yaşayış sahələri və daşınmaz əmlak, kiçik dövlət müəssisələri və obyektlərinin özəlləşdirilməsindən 66,38 min manat, investisya müsabiqələri vasitəsilə 2362 min manat borc yaranıb. Özəlləşdirilmiş müəssisələrin torpaq sahələrinin satışından yaranan borclar 1108 min manat, pul hərraclarından 109,2 min manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti