Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Cənubi Koreyanın ərzaq təhqiqatları İnstitutu (KFRI) Azərbaycanın kənd təsərrüfatı nazirliyinin əməkdaşlarını 29 oktyabr - 11 noyabr Seulda keçiriləcək ixtisaslaşmış treninqlərdə iştirak etməyə dəvət edib.
Cümə axşamı nazirlikdən bildirdilər ki , kurslar üzümün , almanın və tomatın yığımından sonra saxlama müddətinin uzadılması texnologiyalarına həsr olunacaq .
Azərbaycan Dövlət statistika komitəsinin məlumatına görə , 1 oktyabra meyvələrin istehsalı 393 min ton təşkil edib ki , bu da keçən ilin müvafiq dövründən 7,4 faiz çoxdur . Üzümün yığımı 11,1 faiz artaraq 70,8 min ton təşkil edib . Tərəvəz istehsalı 1126,5 min tona çatıb (+4,6 faiz )
Azərbaycan Kənd təsərrüfatı nazirliyi və KFR mart ayında anlaşma memorandumu imzalayıblar . İnstitutla əməkdaşlıq çərçivəsində bu səfər nazirlik nümayəndələri üçün ikinci olacaq .