...

AYİB Azərbaycanda dəmir yol sahəsi üçün kredit ayrılması məsələsininin nəzərdən keçirilməsini 2008-ci ilədək təxirə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2007 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir V.Şərifov/ Avropa Yenidənqurma və İnkişaf Bankı Biləcəri və Böyük Şorda depoda lokomotivlərin xidmət bazalarının yaradılması və Azərbaycan Dövlət Dəmir Yolu üçün ehtiyat hissələrinin yaradılmasına dair kredit müqaviləsinin Direktorlar Şurası tərəfindən nəzərdən keçirilməsini 2008-ci ilədək təxirə salıb.

Bankdan verilən məlumata görə, müqavilə Direktorlar Şurası tərəfindən 2008-ci il fevralın 19-da nəzərdən keçiriləcək. Bu tarix AYİB tərəfindən dəfələrlə dəyişdirilib. AYİB layihəni 70 mln. dollar dəyərində qiymətləndirir və bank bu məbləğin 50 mln. dollarını kredit şəklində təqdim etməyə hazırdır.

AYİB-in vəsaitləri hesabına Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) üçün lokomotivlərin alınması ADDY-nin dəmir yol əməliyyatlarının təhlükəsizliyini və səmərəliliyini artıracaq, neft və neft məhsullarının daşınması zamanı neftin axması riskini aşağı salacaq.

AYİB-in krediti elektrolokomotivlərin yenilənməsinə, deponun avadanlıqla təchiz edilməsinə və yol maşınlarının alınmasına yönəldiləcək.

Layihənin hazırlanması ilə bağlı işlər Britaniyanın "Trust Fund" şirkəti tərəfindən 49,95 min avro həcmində maliyyələşdirilir.

Xəbər lenti

Xəbər lenti