Azərbaycan, Naxçıvan, 08 fevral / Trend , müxbr E.Məmmədov / Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyindən verilən məlumatda göstərilir ki, 2007-ci ildə muxtar respublikada fəaliyyət göstərən sahibkarlara banklar və kredit təşkilatları tərəfindən 13 milyon 802 min manat kredit verilib.
Bundan əlavə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına isə sahibkarlara 193 layihə üzrə 7 milyon 817 min 700 manat maliyyə dəstəyi göstərilib.
Bunun nəticəsində də ötən il muxtar respublikada Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payı 86 faiz təşkil etmişdir.