Azərbaycan, Bakı, 12 fevral/ " Ü.İsmayılova/ Azərbaycanın iri Sığorta Şirkətlərindən biri MBASK yanvar ərzində sığortanın ümumi növləri üzrə 98 sığorta ödəməsi həyata keçirib. Bu barədə Şirkətin çərşənbə axşamı yayılan məlumatında deyilir.
Məlumata görə, ödəmələrin ümumi məbləği 227,6 min. manat ($269,3min.) təşkil edir. Ödəmələrin ümumi həcmindən 148,7 min. manat ($175,9 min.) məbləğində 85 müqavilə özəl sığortanın payına düşüb.
Korporativ növlərə görə (13 iş) məbləğ 20,1 min. manat ($23,8 min.) təşkil edir.
Ötən ay ərzində Şirkətin ən iri ödəməsi avtomobil sığortası müqaviləsi çərçivəsində həyata keçirilib və 22,3 min. manat ($26,3 min.) təşkil edib.