...

Azərbaycanın taxıl bazarında inhisarçılıq yoxdur-Antiinhisar xidmətinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2008 19:35 (UTC +04:00)
Azərbaycanın taxıl bazarında inhisarçılıq yoxdur-Antiinhisar xidmətinin rəhbəri

Azərbaycan, Bakı, 13 fevral/ " müxbir İ.Xəlilova/ Azərbaycanda taxıl məhsullarının qiymətinin artması ölkənin bu bazarında inhisar və kartel razılaşmalarının olmasına dəalət etmir. Bu barədə İqtisadi İnkişaf Nazirliyi nəzdində Antiinhisar Dövlət Xidmətinin rəhbəri Samir Dadaşov məlumat verib.

"Biz Azərbaycanın taxıl bazarının bütün üzvləri ilə əlaqə saxlayırıq və bu günlərdə növbəti görüş keçirilib. Birmənalı olaraq deyə bilərəm ki, hər hansı bir inhisarçılıq və bazarın bir qrup şəxslər tərəfindən idarə edilməsi haqqında heç bir söhbət ola bilməz. Mən bu barədə tam məsuiliyyətlə bildirirəm" , - Dadaşov söyləyib.

Onun rəyinə görə, bunun sadə göstəricisi bu gün Azərbaycanda taxılın Rusiya və Qazaxıstandan baha olmasıdır. Lakin bununla yanaşı un ucuzdur. Bu Azərbaycanda taxılın emalı üzrə rəqabətqabiliyyətli bazarın olmasından danışır.

Dadaşovun fikrincə, Azərbaycanın taxıl bazarındakı vəziyyət dünya proseslərinin uzaq əksinin-neftin qiymətinin artması nəticəsində taxıl kimi enerjitutumlu məhsullarının qiymətinin artmasının təsiridir. Bundan əlavə, taxılın qiymət artımı taxıl məhsullarından alternativ enerji mənbəyi kimi istifadə, karbohidrogen xammalın üzvi xammala dəyişdirilməsi, şəkərin bioyanacaq kimi istifadə edilməsinə görə baş verir.

"Bütün bunlar taxıl məhsullarına tələbatın və qiymətlərin artmasına gətirir", - Dadaşov bildirib.

Buna görə, dünyada müəyyən ölkələr tərəfindən (Avstraliya, Kanada, ABŞ, Aİ-nin bəzi ölkələri) ixracın fəlakətli şəkildə məhdudlaşdırılması, qeyri-ənənəvi ixracatçıların (Ukrayna, Qazaxıstan, Rusiya) "ön plana" çıxması müşahidə olunur. Bundan əlavə, Rusiya yanvarın 29-dan bir ton taxıl ixracına görə 105 avro gömrük rüsumu tətbiq edib. Bu gömrük rüsumu üç ay qüvvədə olacaq və bu dövrdə RF-dən taxıl aparılması sərfəli deyil. Ukrayna isə ixracı tamamilə dayandırıb. Müvafiq olaraq, Qazaxıstan Azərbaycan idxalçılarının işlədiyi yeganə taxıl idaxlı bazarı kimi qalır.

Ölkənin buğdaya tələbatı 1,5 mln. ton təşkil edir və bunun müəyyən hissəsi heyvandarlıqda, qalan 1,2 mln. ton isə çörək sənayesində istifadə edilir.

Qazaxıstan və Rusiyada istehsal edilən taxılın maya dəyərinin artması ilə əlaqədar olaraq, Azərbaycan hökuməti ötən il taxıl idxalına ƏDV-ni ləğv edib. Bu, çörək istehsalçılarına taxılı hər tonuna görə $50 ucuz almağa imkan verib.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti