Azərbaycan, Bakı, 17 mart / Trend , İ.Xəlilova / Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0037 bənd möhkəmlənib (0,37 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,84104 manat səviyyəsində müəyyən olunub.
Manata münasibətdə dolların maksimum məzənnəsi martın 10-da 1 ABŞ dolları üçün 0,8425 manat, minimum isə martın 14-də 1 ABŞ dollarına 0,8388 manat müəyyən olunub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
3 mart | 0,8433 | 10 mart | 0,8425 |
4 mart | 0,8432 | 11 mart | 0,8417 |
5 mart | 0,8431 | 12 mart | 0,8403 |
6 mart | 0,8429 | 13 mart | 0,8392 |
7 mart | 0,8425 | 14 mart | 0,8388 |
Həftə ərzində orta | 0,843 | Həftə ərzində orta | 0,84104 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0049 bənd (0,49 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,83988 manat səviyyəsində müəyyən olunub.
Dolların manata münasibətdə maksimum məzənnəsi martın 10-da 1 ABŞ dollarına 0,8427 manat, minimum isə martın 13-də 1 ABŞ dollarına 0,8377 manat müəyyən olunub.
Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 10 mart tarixi bayram gününə düşdüyündən sövdələşmələr həyata keçirilməyib, buna görə də kurs 0,8428AZN/USD məzənnə səviyyəsində qalıb, 11 martıda - 0,8412 AZN/USD məzənnəsi ilə $3,13 mln., 12 martda - 0,8400 AZN/USD məzənnəsi ilə $0,535 mln., 13 martda - 0,8377 AZN/USD məzənnəsi ilə $81,819 mln. və 14 martda isə 0,8378 AZN/USD məzənnəsi ilə $44,735 mln.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi | |||
3 mart | 0,8433 | 10 mart | 0,8425 |
4 mart | 0,8432 | 11 mart | 0,8417 |
5 mart | 0,8431 | 12 mart | 0,8403 |
6 mart | 0,8429 | 13 mart | 0,8392 |
7 mart | 0,8425 | 14 mart | 0,8388 |
Həftə ərzində orta | 0,843 | Həftə ərzində orta | 0,84104 |
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi | |||
3 mart | 0,8428 | 10 mart | 0,8427 |
4 mart | 0,8428 | 11 mart | 0,8412 |
5 mart | 0,8429 | 12 mart | 0,8400 |
6 mart | 0,8427 | 13 mart | 0,8377 |
7 mart | 0,8427 | 14 mart | 0,8378 |
Həftə ərzində orta | 0,84278 | Həftə ərzində orta | 0,83988 |
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN, EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.
Həftənin ortalarında özəlləşdirmə çeklərinə olan qiymət iki manat artaraq 19 manata açatıb, martın 13-dən isə yenidən 17 manata düşüb.
Çeklərdən istifadə müddəti 2010-cu ildə başa çatır.