...

Azərbaycan elektrik enerjisinin Mərkəzi Asiyadan Avropaya ixracı üçün tranzit ölkə ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2008 11:25 (UTC +04:00)
Azərbaycan elektrik enerjisinin Mərkəzi Asiyadan Avropaya ixracı üçün tranzit ölkə ola bilər

Azərbaycan, Bakı, 24 aprel/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan elektrik enerjisinin Xəzər dənizinin dibi ilə Azərbaycana, buradan isə Avropaya ötürülməsi məqsədilə tranzit üçün infrastrukturun yaradılması təklifi ilə çıxış edib. Bu barədə cümə axşamı Bakıda, Qazaxıstanın energetika və mineral ehtiyatlar nazirinin müavini Dusenbay Turqanov məlumat verib.

Elektrik enerjisinin bu şəkildə ötürülməsi dənizin dibiylə kabel xəttinin çəkilməsi ilə mümkündür. Analoji, lakin daha zəif və sadələşdirilmiş infrastruktur Cubqi yaşayış məntəqəsindən Psouyadək tətbiq edilir. Onların arasında kabel Qara dənizin dibi ilə çəkilib.

Xəzərin dibi ilə belə kabelin yaradılmasına dair təklif CAREC proqramı (CAREC - Mərkəzi Asiya regional iqtisadi əməkdaşlıq) çərçivəsində Energetika Komitəsinin Bakıda keçirilmiş iclasında səslənib.

"Bu, bizim üçün bir qədər təəccüb hissi doğurub. Belə layihələrin reallaşdırılması çox çətindir. Layihənin öz xərcini ödəməsi üçün, belə böyük məsafəyə bu həcmdə elektrik enerjisinin ötürülməsinə dair təcrübə bu gün demək olar ki, yoxdur", - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, iki il əvvəl Rusiya Azərbaycan və Qazaxıstan prezidentləri arasında 2006-cı ilin iyununda Bakı-Tbilisi-Ceyhan neft kəmərinə dair müqavilənin imzalanması çərçivəsində Qara dəniz enerji halqasının yaradılması fikrini irəli sürüb. Bu sxemdə Azərbaycanın da iştirakı təklif edilib.

"Azərbaycan tərəfinin təklifi Xəzər dənizi vasitəsilə halqanın yaradılmasını nəzərdə tutur. Lakin bu layihəni öyrənmək lazımdır. Belə ki, onun effektliliyi texnologiyalardan asılıdır", - Turqanov qeyd edib.

Dünya təcrübəsində dənizin dibi ilə qısa məsafəyə və 220-330 kilovolt gərginlikdə kabelin çəkilməsi layihələri ABŞ, İspaniyada reallaşdırılıb. Azərbaycanın layihəsində generasiya həcmi Mərkəzi Asiya ölkələrindən elektrik enerjisinin ixracından asılı olacaq. 2007-ci ildə Qazaxıstanda elektrik enerjisi istehsalının ümumi həcmi 76,5 mlrd. kilovatt/saat təşkil edib və bunun 1,2 mlrd. kilovatt/s əsasən Rusiyaya ixrac edilib.

2008-ci ildə Qazaxıstan istehsal həcmini təqribən 82 mlrd. kilovatt/saatadək artıracaq.

CAREC Enerji Komitəsinin iclasında həmçinin, ümumi bazarın yaradılması, elektroenergetikada inteqrasiya, proqrama üzv ölkələr arasında elektrik ötürücü xətlərinin tikintisi məsələləri müzakirə edilib.

2008-ci ildə CAREC çərçivəsində iqtisadi əməkdaşlıq strategiyasını hazırlamaq planlaşdırılır.

Energetika proqramı üzrə layihələrin maliyyələşdirilməsi CAREC-də iştirak edən altı beynəlxalq maliyyə institutunun - AİB, AYİB,BVF, İİB, BMT İnkişaf Proqramı və Dünya Bankının vəsaitləri hesabına həyata keçiriləcək.

O, CAREC proqramında iştirak edən səkkiz ölkəni - Əfqanıstan, Azərbaycan, ÇXR, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Özbəkistanı əhatə edəcək. Lakin bu siyahının genişlənəcəyi ehtimalı istisna edilmir. Belə ki, nəqliyyat proqramında bu gün CAREC-də müşahidəçi statusuna malik Türkmənistan da iştirak edir. Bundan əlavə, müzakirələrin gündəliyində Pakistan, İran və Rusiyanın qoşulmaq məsələsi var.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti