...

Bakıda "Məşədi Əzizbəyov" metro stansiyasının qarşısında yeni nəqliyyat ötürücüsü (foto)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2008 14:26 (UTC +04:00)
Bakıda "Məşədi Əzizbəyov" metro stansiyasının qarşısında yeni nəqliyyat ötürücüsü (foto)

Azərbaycan, Bakı, 26 iyul/ Trend / "Məşədi Əzizbəyov" metro stansiyası qarşısındakı yeni yol ötürücüsü ilin sonunadək istismara veriləcək. Yol ötürücüsünə ümumilikdə 9 körpü və 11 trass daxildir. Ötürücünün ümumi sahəsi 3600 metrdir. Bakıda ilk dəfə olaraq burada asma körpü quraşdırılacaq. Sahəsi 325 metr olan bu körpü iki dayaq üzərində qurulacaq. O, hava limanına istiqamətlənmiş avtomobil yolunun üzərindən asılacaq.

Bütün işlər Azərbaycan prezidenti İlham Əliyevin "2006-2007-ci illərdə Bakı şəhərinin nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında" sərəncamına əsasən Bakının nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihəsi çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti