...

Asiya İnkişaf Bankı Azərbaycan bankına uzunmüddətli kredit ayıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2008 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Azərbaycanın Texnika Bank-ı yaxın iki ayda Asiya İnkişaf Bankı (AİB) ilə uzunmüddətli kreditin ayrılması haqqında saziş imzalamaq niyyətindədir", - bankın İdarə Heyətinin sədri Samir Hüseynov cümə günü bildirib.

"Hər iki tərəfin istəyi ilə kreditin məbləği və maliyyələşdirmə şərtləri açıqlanmır", - Hüseynov bildirib.

Onun sözlərinə görə, kredit, əsasən, kiçik və orta sahibkarlığa (KOS) yönəldiləcək.

Hələ sentyabrda AİB-in Bakı nümayəndəliyindən bildiriblər ki, Azərbaycanın üç kommersiya bankı ilə kredit sazişlərinin imzalanmasını oktyabra təxirə salıb (əvvəllər sentyabra planlaşdırılırdı). Kredit xətlərinin alıcıları Bank Standard, Texnika Bank və UniBank-dır. Sazişlərin imzalanma tarixi ilə yanaşı, bankın ümumi maliyyələşdirmə məbləğinə də düzəlişlər edilib. AİB-in ticarət maliyyələşdirməsinə kredit vəsaitləri ayırmağa hazır olması ilə əlaqədar, məbləğ əvvəllər nəzərdə tutulan $30 mln.-dan $40 mln.-dək artıb. Əvvəllər Asiya İnkişaf Bankının kreditləri yalnız Azərbaycanda kiçik və orta biznesin inkişafı üçün nəzərdə tutulurdu.

İlkin vaxtlarda AİB yalnız Bank Standard ilə avtomobil kreditləşməsi üzrə $50 mln. dəyərində sekyuritizasiya layihəsini realizə etməyi planlaşdırıb. Texnika Bank üçün avrobondların buraxılışı (bridge financing), razılaşdırılmış vaxt müddəti vasitəsilə səhmlərin əldə edilməsi hüququnun  alınması, KOS-un dəstəklənməsi üçün nəzərdə tutulan $50 mln.-luq paket hazırlanıb.

Asiya İnkişaf Bankı Azərbaycanın bank sektorunda maliyyələşdirmə həcmini əvvəllər planlaşdırılan $120 mln.-dan $150-200 mln.-dək artırmağa hazır olsa da, ilin sonunadək portfel yalnız $100 mln.-a çatdırılacaq.

Bu gün AİB Azərbaycan bankları üçün $56 mln. məbləğdə kredit xətlərinin ayrılmasını təsdiqləyib. Asiya İnkişaf Bankı Azərbaycanın bank sektorunun birbaşa maliyyələşdirilməsində əsas oyunçuya çevrilməyə başlayıb. AİB, kiçik və orta sahibkarlıq, ticarət maliyyələşdirməsinin dəstəklənməsi proqramları çərçivəsində, Bank Respublika, Bank of Baku, AccessBank (keçmiş Azərbaycan Mikromaliyyələşdirmə Bankı), AGBank-ı maliyyələşdirib. ABB və Bank Respublika üçün subordinasiya edilmiş kreditlər açılıb.

Bu gün Texnika Bank-ın majoritar səhmdarı qismində bankın səhmlərinin 75 faizinə sahib World Wines şirkəti çıxış edir. Bankın Müşahidə Şurasının sədri Etibar Əliyev səhmlərin 15 faizini, Amerikanın Kazimir Investment Caspian Fund şirkəti  10 faizini idarə edir.

Oktyabrın 1-nə Texnika Bank-ın məcmu kapitalı 55 mln manat, Nizamnamə kapitalı 26 mln. manat təşkil edib, doqquz ay ərzində bankın mənfəəti 20 mln. manata bərabər olub.

Oktyabrın 24-nə olan cari mübadilə məzənnəsi -- 0,8111 AZN/USD. 

Müəlliflə əlaqə saxlamaq üçün elektorn ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti