...

Azərbaycanın daşınmaz əmlak bazarı durğunluq dövrünü yaşayır - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2008 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Dünya maliyyə böhranı daşınmaz əmlak alıcılarını qorxudub və onlar mənzilin qiymətlərində proqnozlaşdırılan ucuzlaşmanı gözləmək qərarına gəliblər", - MBA Group konsaltinq şirkətinin Baş direktoru Nüsrət İbrahimov cümə axşamı bildirib.

"Vəziyyətə görə demək olar ki, Azərbaycanın daşınmaz əmlak bazarı durğunluq dövrünü yaşayır", - İbrahimov bildirib.

Oktyabrda ilkin mənzil bazarında qiymətlər 1,2 faiz, təkrar bazarda - 2,39 faiz, mənzil icarəsi bazarında - 0,83 faiz bahalaşıb. Bununla yanaşı, torpaq bazarında qiymətlərin 1 faiz, tikinti materiallarının qiymətlərinin isə 0,5 faiz azalması müşahidə olunur. Kommersiya obyektlərinin icaкəsi bazarında qiymətlər 2,8 faiz azalıb.

Ekspertin sözlərinə görə, oktyabrda bazarın fəallığı çox aşağı olub. Hətta yayda tədricən canlanmağa başlayan təkrar mənzil bazarı bu gün bəzi yerli bankların istehlak kreditlərinin verilməsini dayandırması ilə əlaqədar azalıb. Hazırda bir sıra banklar istehlak kreditlərinin verilməsini bərpa edib.

İbrahimovun sözlərinə görə, ilkin bazarda da tələbat azalıb. Lakin bu, maliyyə böhranı ilə əlaqədar deyil, bazarın bu seqmentində mənzillərin vaxtında istismara verilməməsi və kəskin qiymət dəyişiklikləri ilə bağlı böyük risklərin mövcudluğundan baş verib.

Torpaq bazarı da durğunluq yaşayır və bu, evlərinin tikintisinin bir müddət əvvəllə müqayisədə daha baha başa gəlməsi ilə bağlıdır, - İbrahimov vurğulayıb.

"Belə vəziyyətdə qiymətlərin düşməsini gözləmək məntiqi olsa da, düşünürəm ki, yaxın aylarda bu baş verməyəcək və bazarın fəallığı, ola bilsin, 2009-cu ilin sentyabrına - mövsümi dövrün başlamasınadək bərpa olacaq", - İbrahimov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti