Azərbaycan, Bakı, 02 dekabr/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin qərarı ilə, AZFİNANSBANK-ın bank fəaliyyəti həyata keçirməsinə icazə verilib, - AMB-dən çərşənbə axşamı bildiriblər. Nəticəsə, Azərbaycan ərazisində fəaliyyət göstərən bankların sayı 46 - dək genişlənib.
Yeni bank 10 mln. manat Nizamnamə kapitalı ilə yaradılır. Bankın hüquqi ünvanı: AZ1073, Bakı, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küç., ev 112. AZFİNANSBANK-ın səhmdarları hələ açıqlanmır.
Bu bank 2008 - ci ildə bank lisenziyası təqdim edilmiş ikinci kommersiya bankı olub. Avqustda Nizamnamə kapitalı 10 mln. manat olan "Naxçıvanbank" ASC-yə icazə təqdim edilib.
Ölkədə yeni bankların yaradılması tendensiyası dünya maliyyə böhranının Azərbaycanın bank bazarına daxil olmaq marağını azaltmadığını təsdiqləyir, - Azərbaycan Milli Bankının Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin direktoru Rəşad Orucov bir müddət əvvəl bildirib. Buna baxmayaraq, Pal Bank-ın səhmdarlarının qərarı ilə, bank lisenziyasının alınmasına dair ərizə AMB - dən geri çağırılıb.
Noyabrda Rusiyanın Vneştorqbankına (VTB Bank) Azərbaycanın AF Bank-da səhm nəzarət paketinin almasına icazə verilib.
VTB Bank-a Azərbaycanın işğal edilmiş ərazilərində bank əməliyyatlarının dayandırılması üzrə götürdüyü öhdəliklər əsasında icazə təqdim edilib. Orucovun bildirdiyinə görə, VTB Xankəndidə VTB Armenia törəmə bankının filialının bağlanılması haqqında rəsmi sənədlər təqdim edib.
Yeni bankların daxil olması ilə yanaşı, rəqabətə dözməyən və bank qanunvericiliyinin tələblərinə, həmçinin, AMB - nin prudensial normalarına riayət etməyən 10 ildən artıq fəaliyyət göstərən banklar ölkənin bank bazarını tərk edirlər. Milli Bankın İdarə Heyəti iyulun əvvəlində Atlantbank və Poctbank ASC-dən bank fəaliyyətinin həyata keçirilməsinə dair lisenziyanın geri çağırılması barədə qərar qəbul edib.
Bu tədbirlər ölkənin bank sisttminin restrukturlaşdırılması, maliyyə sabitliyinin təmin edilməsi və maliyyə vasitəçiliyinin səmərəsinin artırılması çərçivəsində həyata keçirilir.
Dekabrın 2 - nə olan cari mübadilə məzənnəsi -- 0,8094 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]