...

ABŞ Əfqanıstana qeyri-hərbi yüklərin daşınması üçün Azərbaycan ərazisindən istifadə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2009 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbirlər A.Bədəlova, E.Rüstəmov /

Azərbaycandakı ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidsonun çərşənbə axşamı dediyinə görə, Əfqanıstana qeyri-hərbi yüklərin daşınması üçün Azərbaycan ərazisindən istifadə olunacaq.

"Biz su, qida məhsulları və tikinti materiallarının çatdırılmasından danışırıq. Silah təminatından söhbət getmir", - Devidson deyib.  

ABŞ, NATO və Əfqanıstanda sülhün saxlanılması əməliyyatında iştirak edən digər ölkələrin silahlı qüvvələrinin təchizat məsələlərini sadələşdirmək məqsədi ilə Bakıda iki günlük konfrans keçirilir. Konfransda Türkiyənin, Gürcüstanın və Azərbaycanın nəqliyyat sahəsindən olan ekspertləri iştirak edirlər. Konfransın təşkilatçısı ABŞ-ın Avropa komandanlığıdır.

Tədbirin əsas məqsədi regional ekspertlərlə Amerikanın hərbi əməkdaşları arasında təchizat məsələləri ilə bağlı olan koordinasiyanı təkmilləşdirməkdən ibarətdir.   

Devidsonun sözlərinə görə, belə bir əməkdaşlıq həm Azərbaycan biznesmenləri üçün, həm də yerli istehsalçılar üçün sərfəlidir. 

"Belə konferensiyalar bu sahədə işləyən mütəxəssislər üçün əməkdaşlıq baxımından çox sərfəlidir", - Devidson qeyd edib.

O vurğulayıb ki, Əfqanıstana yeyinti və digər qeyri-hərbi malların nəqli Azərbaycandan əlavə başqa ölkələrin də ərazisi vasitəsi ilə nəzərdə tutulub. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti