...

Azərbaycanın lizinq şirkətlərinə vergi güzəştləri tətbiq edilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2009 11:25 (UTC +04:00)
Azərbaycanın lizinq şirkətlərinə vergi güzəştləri tətbiq edilə bilər

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir Ü.İsmayılova / 

Azərbaycan hökuməti ölkə iqtisadiyyatının lizinq sektorunun inkişafı və yaxşılaşdırılması haqqında təklifləri nəzərdən keçirir. Bu barədə deputat, parlamentin İqtisadi siyasət komitəsinin rəhbəri Ziyad Səmədzadə bildirib.

Onun sözlərinə görə, hazırda hökumət Aqroleasing dövlət şirkətinə verdiyi imtiyazları bu sahədə fəaliyyət göstərən bütün digər şirkətlərə də verməyi nəzərdən keçirir.

"Bu tədbirlər lizinq sektorunun inkişafı və təşviqi üçün həyata keçirilir", - deyə Səmədzadə bildrib.

Ölkə hökuməti Agroleasing Dövlət lizinq şirkətinə kənd təsərrüfatının inkişafının təşviqi məqsədi ilə gübrə (50 faiz) və cins mal-qara (50 faiz) alanlar və taxıl istehsalçıları üçün (75 faiz) vergi güzəştləri tətbiq edir.

2007-ci ilin yekunu üzrə Azərbaycanın lizinq sektoruna 12 şirkət cəlb edilib, hazırda onların sayı 19-a çatıb. Ötən il Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən aparılan araşdırmalara əsasən, Azərbaycanda lizinq əməliyyatları inkişaf üçün böyük potensiala malikdir. İdxal və əsas kapitalda investisiyalar üzrə rəsmi statistikaya əsaslanaraq, yaxın gələcəkdə Azərbaycanın lizinq bazarının həcmini 500 mln. dollar həcmində proqnozlaşdırmaq olar.

2008-ci ilin yekunu üzrə Azərbaycanda lizinq portfelinin həcmi 208 mln. dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti