...

Bakının avtomobil bazarında təkliflər azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2009 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend , müxbir Ü.İsmayılova /

Apreldə Bakının avtomobil bazarında martla müqayisədə təkliflərin sayı 9,9% azalıb. Bu barədə çərşənbə günü "Əmlak bazarı iştirakçıları" İctimai Birliyindən bildiriblər.

"Təkliflərin azalmasına səbəb idxalın azalması ilə əlaqəlidir", - təşkilatdan bildiriblər.

Təkliflərin azalmasına baxmayaraq, tələbat 3,4% artıb və bu saziş bağlanma dinamikasının 4,4% artmasına səbəb olub. Ay ərzində avtomobil bazarında avtomobilin orta qiyməti 16,24 min manat təşkil edib.

Avtomobillərin ekspozisiya müddəti daha bir gün artaraq 89 gün təşkil edib ki, bu da riskin artmasına və likvidliyin azalmasına gətirib.

Ötən ay avtomobil bazarına 6,2 min avtomobil təklif olunub ki, onlardan yalnız 37%-i apreldə bazara daxil olub. Digər 63%-i isə ötən aylardan qalan avtomobillər olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti