Azərbaycan, Bakı, 29 may / Trend , müxbir Ü.İsmayılova /
Apreldə Bakının ilkin daşınmaz əmlak bazarında 7,3 faizlik qiymət enməsi baş verib. Bazarın bu seqmentində qiymətlər il ərzində 15 faiz azalıb. Bu barədə cümə günü "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
"Apreldə Bakının təkrar bazarında qiymətlər 4,9 faiz azalıb, il ərzində bu göstərici 21,3 faizə bərabər olub", - deyə İbrahimov vurğulayıb.
Ekspertlərin hesablamalarına görə, apreldə Bakının torpaq bazarında 4,5 faiz enmə baş verib, il ərzində bu göstərici 20,1 faiz təşkil edib. Bakının kommersiya obyektləri bazarında qiymətlər 0,5 faiz, il ərzində isə 3,9 faiz azalıb.
İbrahimovun sözlərinə görə, apreldə tikinti materialları 0,95 faiz, il ərzində isə 23,6 faiz ucuzlaşıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]