...

Azərbaycanda turizm xidmətləri tariflərində azalma gözlənilmir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2009 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanda turizm xidmətləri tariflərində azalma gözlənilmir. Bu barədə cümə axşamı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin başçısı Aydın İsmiyev bildirib.

"Turizm xidməti qiymətlərinin aşağı düşməsi tələbatın azalması halında mümkündür, bu isə hələ ki, gözlənilmir", - deyə İsmiyev bildirib.

Onun sözlərinə əsasən, ölkənin turizm obyektlərində tələbatın əhəmiyyətli dərəcədə azalması müşahidə edilmir, lakin bu baş verdikdə tariflərə yenidən baxıla bilər.

"Əhali hazırda mövcud olan tariflərlə istirahət etməyə gəlirsə, o zaman qiymətlərin əhəmiyyətli dərəcədə azalmasından danışmaq çətindir. Azərbaycanda mehmanxana obyektlərində qiymətlər bazar qaydaları ilə nizamlanır, onları hökumət nizamlamır", - deyə əvvəlcə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdi.

2002-ci ildə Azərbaycanda təxminən 90 mehmanxana var idisə, hazırda ölkədəki mehmanxanaların sayı 377-ə bərabərdir ki, onun da 59-u ölkə regionlarında inşa edilib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti