...

Azərbaycanda "donuz qripi"nə yoluxma faktı aşkar olunmayıb - Səhiyyə Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2009 19:24 (UTC +04:00)
Azərbaycanda "donuz qripi"nə yoluxma faktı aşkar olunmayıb - Səhiyyə Nazirliyi

Azərbaycan, Bakı, 24 iyun / Trend I, mübir Ü.İsmayılova /

Azərbaycanda  A(H1N1) virusuna ("donuz qripi") yoluxma faktı aşkar olunmayıb. Azərbaycan Səhiyyə Nazirliyinin bu gün yayılmış məlumatında deyilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, iyunun 22-dək dünyada virusun olması barədə laborator analizlərinə əsasən 52,16 min fakt aşkar olunub.

231 hadisə yoluxmuş insanların ölümünə səbəb olub. Meksikada 113, ABŞ - 87, Kanada - 13, Argentina - 7, Çili - 4, Avstraliya - 2, Kosta-Rika, Qvatemala, Dominikan Respublikası və Böyük Britaniyada "donuz qripi" səbəbindən ölüm üzrə bir fakt qeydə alınıb.

A(H1N1) virusunun əsas simptomları: yüksək hərarət, öskürək, boğazda ağrılar, zökəm, bədəndə ağrılar, baş ağrısı, üşütmə və zəiflik. Bu virusa yoluxmuş əksər insanlarda qusma və qarın ağrılarına rast gəlinir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti