...

Azərbaycan Vergilər Nazirliyi yeni yoxlama metodlarının tətbiqinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2009 15:05 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyi yeni yoxlama metodlarının tətbiqinə başlayır

Azərbaycan, Bakı, 04 sentyabr / Trend /

Azərbaycan Vergilər Nazirliyi vergi ödəyicilərinin auditi sahəsində beynəlxalq təcrübəyə əsaslanan vergi yoxlamalarının qabaqcıl metodlarının tətbiqi çərçivəsində ABŞ Xəzinə Departamentinin Texniki Kömək İdarəsinin dəstəyi ilə vergi auditi prosesləri üzrə metodika hazırlayıb, müəssisənin məlumatında deyilib.

Məlumatda deyildiyi kimi, bu metodika auditin, keyfiyyətli vergi yoxlamaları və şəffaflığın təmin olunması üçün əsas sayılan yeni metodlarını təyin edir.

Yeni metodika vergi yoxlamalarının planlaşdırılması və keçirilməsinə sistemli yanaşmanı möhkəmləndirərək, digər yoxlama metodlarının əhatə dairəsini genişləndirir ki, bununla da auditin texniki nəzəriyyələrinin təkmilləşdirmə istiqamətlərini təyin edir.

Yeni audit metodlarının öyrənilməsində Vergilər Nazirliyinin mütəxəssisləri ABŞ Xəzinə Departamentinin Texniki Dəstək İdarəsinin köməyi ilə keçirilən təlimdə iştirak ediblər. İndi yeni yoxlama metodları Vergilər Nazirliyində tətbiq olunan "Audit" avtomatlaşdırılmış vergi məlumat sistemində sınaqdan keçirilir.

Xəbər lenti

Xəbər lenti