PremiumAzərbaycanda iqtisadiyyatın kreditləşməsi təxminən 14 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2009 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir N.İsmayılova /

Cari ilin avqustunda Azərbaycan iqtisadiyyatına 7229,2 milyon manat məbləğində kreditlər qoyulub. Bu da ötən ilin analoji dövründəki göstəricini 13,6 faiz üstələyir. Bu barədə Mərkəzi Bankın məlumatında deyilib.

Kredit qoyuluşlarının ümumi məbləğindən 262,4 mln. manat vaxtı keçmiş kreditlərin payına düşüb.

2009-cu il avqustun 1-nə kreditlərin 29,3%-i (2116,6 milyon manat) qısamüddətli, 70,7%-i isə (5112,6 milyon manat) uzunmüddətli olub. Qısamüddətli kreditlərin 6,7%-i (141,2 milyon manat), uzunmüddətli kreditlərin 2,4%-i (121,2 milyon manat) vaxtı keçmiş kreditlərdir.

Vahid dövlət bankı tərəfindən iqtisadiyyata 3298,8 mln. manat (45,6%), özəl banklar tərəfindən 3748,5 milyon manat (51,9%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 182 milyon manat (2,5%) kredit qoyulub.

Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 1974,7 milyon manat kredit yönəldilib ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 27,3%-ə bərabərdir. 100%-li xarici kapitalla fəaliyyət göstərən banklar isə 350,7 milyon manat (4,9%) kredit veriblər.

Kreditlərin 3856,5 milyon manatı və ya 53,3%-i milli valyuta ilə, 3372,7 milyon manatı və ya 46,7%-i xarici valyuta ilə verilib.

Sentyabrın 05-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti