...

Azərbaycanın ən böyük sement zavodunda yeni sobaların quraşdırılması müddəti dəqiqləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2009 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir N.İsmayılova/

Garadagh Cement şirkətinin rəhbəri Horia Adrian bazar ertəsi deyib ki, Azərbaycanın ən böyük sement istehsalçısı olan Garadagh Cement şirkəti zavodda yeni sobanın tikintisi üçün yerli dövlət orqanları ilə danışıqlar aparır.

"İndi biz bir neçə fazada işləyirik, bizim mühəndislər arxitektura işlərini başa vururlar və tikintinin milli standartlara uyğun gəlməsi üçün yerli orqanlarla əməkdaşlıq edirlər. Hazırda sobalar üçün bir neçə tikili hazırlanır, gələcəkdə daha iki-üç tikilinin də hazırlanması nəzərdə tutulur", - Adrian deyib.

Onun sözlərinə görə, layihənin 2011-ci ildə sona başa çatdırılması planlaşdırılıb.

Dəyəri 400 milyon dollar olan bu layihə Azərbaycanın qeyri-neft sektorundakı ən iri layihələrdən biri hesab olunur.

Yeni sobaların tikintisi müəssisənin istehsal gücünü 30 faiz artıracaq. Yeni texnologiyadan istifadə isə atmosferə atılan tullantıların həcmini azaldacaq.

Sobaların tikintisi illik klinker istehsalının 0.8 milyon tondan 1.2 milyon tona, illik sement istehsalının isə 1.3 milyon tondan 1,7 milyon tona çatdırılmasını nəzərdə tutur. Layihə çərçivəsində istifadə edilən enerjinin 50 faizədək azaldılması hesabına enerjiyə qənaət olunması da nəzərdə tutulur.

İsveçrənin "Holcim" şirkəti (69,4 faiz), AYİB, Azərbaycan İnvestisiya Şirkəti (hərəyə 10 faiz olmaqla) və özəl səhmdarlar (10,6 faiz) "Garadagh Cement" SC-nin səhmdarlarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti