...

Gürcüstanda siqar istehsalına başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2009 17:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Şənbə günü Tbilisidə "Acariya tütünü" və " Askaneli qardaşları" şirkətləri tərəfindən istehsal edilən ilk gürcü siqarının və konyakının təqdimatı keçiriləcək, cümə günü tədbir təşkilatçıları bildirib.

"Acariya tütünü" şirkəti artıq gürcü siqarının istehsalına başlayıb. Birinci il Acariyanın yüksək dağlıq kəndlərində istehsal edilən yüksək növ tütün Hondurasa göndərilib. Burada Gürcüstan tütünündən və Latın Amerikasının qara tütünündən ilk "Qonio" adlı gürcü siqarı hazırlanıb.

Gürcü siqarının təqdimatı "Askaneli Qardaşları" şirkətinin istehsal etdiyi konyakla birlikdə keçiriləcək. Səkkiz brendə malik olan şirkət 1998-ci ildən bazardadır və 22 adda çaxır istehsal edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti