...

Azərbaycanda "donuz qripi"dən müalicə olunan sonuncu xəstə bu gün evə buraxılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2009 11:19 (UTC +04:00)
"Donuz qripi" - A/H1N1 virusuna yoluxan və hazırda Elmi-Təqdiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə kursu keçən sonuncu xəstənin bu gün xəstəxanadan evə buraxılacağı gözlənilir. Bu barədə şənbə günü xəstəxananın baş həkimi Xəyyam Məmmədov bildirib.
Azərbaycanda "donuz qripi"dən müalicə olunan sonuncu xəstə bu gün evə buraxılacaq

Azərbaycan, Bakı, 21 noyabr / Trend , müxbir Ü.İsmayılova/

"Donuz qripi" - A/H1N1 virusuna yoluxan və hazırda Elmi-Təqdiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə kursu keçən sonuncu xəstənin bu gün xəstəxanadan evə buraxılacağı gözlənilir. Bu barədə şənbə günü xəstəxananın baş həkimi Xəyyam Məmmədov bildirib.

"Xəstə "donuz qripi", ikitərəfli sətəlcəm və digər ağırlaşmalara görə davam edən müalicə kursundan sonra tamamilə sağalıb", - Qurbanov deyib.

Onun sözlərinə görə, hazırda xəstə sonuncu müayinədən keçir. Bundan sonra o, günün birinci yarısında evə buraxılacaq.

Bu günədək Azərbaycanda "donuz qripi"nə 14 yoluxma halı qeydə alınıb. İlk fakt yayda aşkar edilmişdi.

Azərbaycan Səhiyyə Nazirliyinin tərkibinə daxil olan bütün tibb müəssisələri ölkəyə "donuz qripi" - A/H1N1 virusunun daxil olması səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər. Nazirlik ölkə üzrə bütün tibb personalına müəssisələrdə profilaftik təbdirlərin keçirilməsini və hər bir yerli poliklinikada qeydiyyatda olan şəxslərin ərazi üzrə yoxlanmasını tapşırıb.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan üçün pulsuz ayrılan virus əleyhinə vakisinlərin ilk partiyası noyabrın sonunda gətiriləcək. Vaksinləmə risk qrupuna daxil olan şəxslər arasında aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti