...

Azərbaycanda "quş qripi" virusu ilə bağlı vəziyyət stabildir - Baytarlıq Xidməti

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2009 16:28 (UTC +04:00)
Azərbaycanda "quş qripi" virusu ilə bağlı vəziyyət stabildir. Bu barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin məlumatında deyilir.
Azərbaycanda "quş qripi" virusu ilə bağlı vəziyyət stabildir - Baytarlıq Xidməti

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanda "quş qripi" virusu ilə bağlı vəziyyət stabildir. Bu barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin məlumatında deyilir.

Baytarlıq Xidməti "quş qripi"nin mövcudluğuna dair monitorinq zamanı 18 vəhşi quş və səkkiz ev quşunun potoloji materialının laborator analizini keçirib, o cümlədən 1772 ev quşunun laboratoriyada qan analizinə baxılıb.

"Baytarlıq Xidməti tərəfindən laboratoriya analizi keçirilən quşların heç birində "quş qripi"nin mövcudluğunu təsdiqləyəcək analiz aşkar olunmayıb", - məlumatda deyilir.

Yoxlama tədbirləri köçəri quşların müvəqqəti yaşadıqları ərazilərdə - Abşeron yarımadasında, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarında, həmçinin dövlət park və qoruqlarında, sahilboyu ərazilərdə və digər müvafiq ərazilərdə aparılıb. Bu ərazilərdə nə xəstə, nə də ölü quş aşkarlanmayıb.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti noyabrın 16-dan etibarən köçəri quşların miqrasiyasını nəzərə alaraq, əvvəlcədən "quş qripi"nin mövcudluğunu yoxlamaq üçün monitorinqlərə başlayacağı barədə elan verib.

Monitorinq Dövlət Baytarlıq Xidməti, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, o cümlədən Ovçular Cəmiyyətinin birgə əməkdaşlığı ilə keçirilir.

Köçəri quşlar vasitəsilə virusun Azərbaycan ərazisinə keçmə ehtimalını nəzərə alaraq, Dövlət Baytarlıq Xidməti dekabrın 21-dən virusun mövcudluğunu yoxlamaq üçün yeni monitorinqlərə başlamaq niyyətindədir.

Həmçinin məlumatda deyilir ki, hazırda "quş qripi" ilə əlaqədar epizootik vəziyyət stabildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti