...

2010-cu ildə Azərbaycanda artım tempinin daha da sürətlənəcəyi gözlənilir - AYİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2010 19:28 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı Bakıda Mərkəzi və Şərqi Avropa ölkələrində bazar iqtisadiyyatına keçid prosesi üzrə illik məruzəsinin təqdimatını keçirəcək.
2010-cu ildə Azərbaycanda artım tempinin daha da sürətlənəcəyi gözlənilir - AYİB

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir N.İsmayılova/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakıda Mərkəzi və Şərqi Avropa ölkələrində bazar iqtisadiyyatına keçid prosesi üzrə illik məruzəsinin təqdimatını keçirəcək. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.

Bankın Azərbaycan üzrə baş iqtisadçısı Anita Taçi məruzədəki məlumatları ictimaiyyətə təqdim edib.

Məruzəyə əsasən, Azərbaycan iqtisadiyyatının artımı 2008-ci ildə 10,8 faiz, 2009-cu ilin yekunları üzrə beş faiz səviyyəsində gözlənilir, 2010-cu ilə olan proqnozlar isə 7,1 faiz səviyyəsində müəyyən olunub.

Yaxşılaşan qlobal iqtisadi perspektivlər, neftin qiymətinin artması və onun ixracı Azərbaycanda müşahidə olunan əsas inkişaf faktorlarıdır.

AYİB-in proqnozlarına görə, Azərbaycan, Özbəkistan, Monqolustan və Türkmənistanda 2010-cu ildə artım tempinin daha da sürətlənəcəyi gözlənilir.

Bankın proqnozlarına əsasən, 2010-cu ildə istehsalın artacağı gözlənilir ki, bu da regionlar üzrə artımın orta göstəricisinin 2,5 faizə çatmasına gətirib çıxarır.

AYİB-in baş iqisadçısı Erik Berqlov deyib ki, qlobal iqtisadi böhranın təsirinə görə 2010-cu ildə AYİB-in fəaliyyət ölkələrində orta uzunmüddətli artım göstəricisi son 10 ildə ən aşağı göstərici olacaq.

Xəbər lenti

Xəbər lenti