...

Azərbaycan bankı şəxsi prosessinq mərkəzində kartların miqrasiyasına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2010 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir İ.Xəlilova/

Texnikabank fevralın 25-dən etibarən şəxsi prosessinq mərkəzində kartların miqrasiyasına başlayacaq. Bu barədə bankın İdarə Heyətinin sədri Samir Hüseynov çərşənbə axşamı bildirib.

"Hazırda mərkəz artıq buraxılıb və birinci mərhələdə kartların miqrasiyasına MasterCard beynəlxalq ödəmə sisteminin kartlarından başlamağı planlaşdırırıq. Bu kartların dövriyyədəki həcmi o qədər də böyük deyil", - Hüseynov deyib.

Onun sözlərinə görə, Visa kartlarının miqrasiyası mart ayından başlayacaq, buna qədər isə onlar Azericard prosessinq mərkəzində xidmət göstərəcəklər.

"Biz Azericard-da xidmətdən razıyıq. Lakin öz kart biznesimizn şəxsi prosessinq mərkəzinə köçürülməsi zərurəti həyata keçirilən layihələr, məhsul xəttinin genişlənməsi, diskot məhsullarının tətbiqi ilə əlaqədardır", - bank rəhbəri deyib.

Hazırda bank tərəfindən 49,2 min kart emitasiya edilib, bu rəqəmdən min ədədi MasterCard sisteminin kartlarının payına düşür.

2010-cu ildə onların sayını yeni məhsulların hesabına 20% artırmaq, 2011-ci ildə isə 920 minə çatdırmaq planlaşdırılır.

"Hazırda Texnikabank Austria Card-la birgə əlaqəsiz rejimdə POS-terminallar vasitəsilə xidmət göstərən məhsullar hazırlayır, - Hüseynov bir müddət əvvəl deyib. - Bunu çiplərin yerləşdirildiyi saatlar vasitəsilə həyata keçirmək mümkün olacaq".

Bu əlaqəsiz çipli ödəmə kartlarına xidmət üçün bank 500 POS-terminal əldə etməyi planlaşdırır. Müştəri saat olan əlini POS-terminala yaxınlaşdırmalıdır və bir neçə saniyədən sonra ödəməni həyata keçirmək mümkün olacaq.

Texnikabank Visa International ekvayrinqinə icazə alan ikinci özəl bank olub (Unibank-dan sonra).

Bu, POS-terminalların yerləşdirilməsinə dair ticari müəssisələrlə müqavilə bağlamağa imkan verib. Ekvayrinqin alınması bankın kart sisteminin inkiaşfına kömək edəcək. Bundan başqa, bankın ticarət və xidmətlər sahəsində fəaliyyət göstərən korporativ müştəriləri cəlb etmək imkanı yaranacaq.

Hazırda Azərbaycanda 3 prosessinq mərkəzi fəaliyyət göstərir: Azərbaycan Beynəlxalq Bankının 100%-lik mənsubiyyətində olan Azericard, 18 kommersiya bankının və AYİB-in mülkiyyətində olan Milli Kart və Kapital Bankın prosessinq mərkəzi.

Texnikabank ölkənin bank bazarında 1993-cü ildən fəaliyyət göstərir. Bank 2007-ci ilədək 100%-lik Azərbaycan bankı olub. Hazırda bankın majoritar səhmdarı rolunda səhmlərin 75%-nə sahib olan World Wines şirkəti çıxış edir. Bankın Müşahidə Şurasının sədri Etibar Əliyev səhmlərin 15%-ni, ABŞ-ın Kazimir Investment Caspian Fund şirkəti isə 10%-ni idarə edir.

Xəbər lenti

Xəbər lenti