...

Koreya Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir – səfir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2010 18:31 (UTC +04:00)
"Koreya dünya əməkdaşlıq siyasətini izləyərək Azərbaycanla ikitərəfli əlaqələri inkişaf etdirmək niyyətindədir və prioritet tərəfdaş qismində, Azərbaycan da daxil olmaqla, 30 ölkə seçib", - Koreyanın Azərbaycandakı səfiri Li Ci-Ha cümə axşamı jurnalistlərə deyib.
Koreya Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir – səfir (FOTO)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir T.Konyayeva/

Koreya Azərbaycanla hərtərəfli əməkdaşlığı genişləndirmək niyyətindədir. "Koreya dünya əməkdaşlıq siyasətini izləyərək Azərbaycanla ikitərəfli əlaqələri inkişaf etdirmək niyyətindədir və prioritet tərəfdaş qismində, Azərbaycan da daxil olmaqla, 30 ölkə seçib", - Koreyanın Azərbaycandakı səfiri Li Ci-Ha cümə axşamı jurnalistlərə deyib.

Səfirin sözlərinə görə, Azərbaycandan fərqli olaraq, Koreya çoxsaylı təbii resurslara malik deyil, lakin Koreya böyük insan potensialına malikdir. "Gəmiqayırma, avtomobilqayırma, kompüter texnologiyaları baxımından Koreya dünyanın ən inkişaf etmiş ölkələrindən biridir", - diplomat deyib.

Bizim əməkdaşlığımız bütün bu illər ərzində əsasən nəqliyyat və tikinti sahəsindən ibarət olub.

"Azərbaycan Prezidenti İlham Əliyev alternativ enerji mənbələrinin inkişafı sahəsində birgə işləmək ideyasını bildirib və iki dövlət arasında əməkdaşlığın bir neçə mexanizmi müəyyən olunub", - diplomat deyib.

Xəbər lenti

Xəbər lenti