...

Boulinq üzrə MBASK Kubokunun növbəti qalibi müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2010 17:10 (UTC +04:00)
Turnir Bakı Əyləncə Mərkəzində keçirilib və dörd turdan ibarət olub. 10 saat sürən fasiləsiz mübarizə nəticəsində birinci yeri finalda iki partiyada 1297 xal toplayan "Bura Bakıdır" restoranının komandası qazanıb.
Boulinq üzrə MBASK Kubokunun növbəti qalibi müəyyən olunub

Аzərbaycan, Bakı, 7 iyun /Trend/

Bazar günü Azərbaycanın MBASK Sığorta Şirkəti MBASK Kuboku uğrunda boulinq üzrə IX illik turnir keçirib. Bu barədə bazar ertəsi şirkətdən yayılan məlumatda deyilir.

Yarışmada 40 komanda, o cümlədən KİV-ləri, bankları, xarici və yerli şirkətləri təmsil edən komandalar iştirak edib.

Turnir Bakı Əyləncə Mərkəzində keçirilib və dörd turdan ibarət olub. 10 saat sürən fasiləsiz mübarizə nəticəsində birinci yeri finalda iki partiyada 1297 xal toplayan "Bura Bakıdır" restoranının komandası qazanıb. Daha sonra final protokolunda ötən iki ilin qalibləri - Unibank və "Böyük Bayram" ("Большой Праздник") komandaları yer alıb.

Turnirin qalibləri yarışmanın sponsorları olan MBASK Sığorta Şirkətindən yeni "Məsuliyyət" və "Dəyər" sığorta məhsullarını, "Elite Travel" və "Butterfly Travel" şirkətindən Azərbaycan regionlarından birinə 2 günlük səyahət, həmçinin "Bura Bakıdır" restoranından 5 nəfərlik şam yeməyi əldə ediblər.

Turnirin hamıdan çox xal toplamış ən yaxşı oyunçusu - "Statoil" komandasının üzvü Unibank-dan 1000 manat alıb. Bütün bunlardan əlavə, liderlər üçlüyü "Böyük Bayram" şirkətindən hədiyyələr alıb.

Qeyd edək ki, MBASK Kuboku uğrunda boulinq üzrə illik turnir MBASK Sığorta Şirkətinin müştərilərin loyallığının artırılması proqramı çərçivəsində keçirilir və ildən-ilə bu yarış respublikada daha da məşhurlaşır.

Xəbər lenti

Xəbər lenti