...

Dünya maliyyə böhranı İslam banklarına təsir etməyib – İİB prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2010 17:30 (UTC +04:00)
Dünya maliyyə böhranı İslam banklarına təsir etməyib, çünki o, borc əməliyyatları ilə bağlı olub, - İslam İnkişaf Bankının (İİB) prezidenti hesab edir.
Dünya maliyyə böhranı İslam banklarına təsir etməyib – İİB prezidenti

Azərbaycan, Bakı, 19 iyun/Trend, N.İsmayılova/

Dünya maliyyə böhranı İslam banklarına təsir etməyib, çünki o, borc əməliyyatları ilə bağlı olub, - İslam İnkişaf Bankının (İİB) prezidenti hesab edir.

"Məlum olduğu kimi, İslam bankları borc əməliyyatları aparmırlar, lakin iqtidasi böhran yaranan zaman o, İİB-in üzv ölkələrinə təsirsiz ötüşməyib və hazırda İİB bunu üzərində işləyir", - şənbə günü Bakıya gələn İİB-nin prezidenti Əhməd Məhəmməd Əli deyib.

Onun sözlərinə görə, Azərbaycan yüksək inkişaf tempinə malikdir və bu müxtəlif investorlar üçün çox vacibdir.

"Buna görə də illik iclasdan istifadə edərək, biz bura investorları cəlb etmək istəyirik", - bank rəhbəri vurğulayıb.

İİb-in Bakıda keçiriləcək illik görüşündə İİB-nin 2009-2010-cu illər üzrə 35-ci illik məruzəsi daxil olmaqla, bir neçə məsələ o cümlədən, Nigeriyanın İİB-nin iştirak kapitalında üzlük haqqının artırılması, qrant əməliyyatların keçirilməsi üçün İİB-nin gəlirindən 5 faiz ayrılaraq texniki yardımın göstərilməsi, İİB-nin gəlirindən iki faiz (ən azı 2 mln dollar) ayırmaqla təqaüd proqramlarının maliyyələşdirilməsi, Tacikistanın İİB-nin direktorlar şurasının 39-cu illik görüşünün keçirilməsi ilə bağlı dəvəti və eləcə də İİB-nin direktorlar şurasının 36-cı illik iclasının tarixi və yeri məsələsi müzakirə ediləcək. Onun Yəməndə keçirilməsi planlaşdırılır.

İİB-nin illik görüşü çərçivəsində "Böhrandan sonrakı dünyada üzv ölkələrdə təhlükəsiz ərzağın əldə edilməsi" adlı sipozium keçiriləcək.

İclasın gedişində üzv ölkələrin və qeyri-üzv ölkələrin birliklərinin ikişafı sahəsində bir neçə layihə təsdiqlənəcək.

Xəbər lenti

Xəbər lenti