...

FATF Azərbaycan ilə əməkdaşlıqdan razıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2010 20:18 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbəri Elman Rüstəmov və FATF nümayəndə heyətinin üzvləri Azərbaycanın çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əldə etdiyi uğurları, eləcə də Azərbaycanın "xüsusi diqqət tələb edən" ölkələr siyahısından çıxarılması üzrə təkliflərin hazırlanmasını müzakirə ediblər.
FATF Azərbaycan ilə əməkdaşlıqdan razıdır

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbəri Elman Rüstəmov FATF nümayəndə heyətinin üzvləri Azərbaycanın çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əldə etdiyi uğurları, eləcə də Azərbaycanın "xüsusi diqqət tələb edən" ölkələr siyahısından çıxarılması üzrə təkliflərin hazırlanmasını müzakirə ediblər. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında deyilir.

Nümayəndə heyətinin üzvləri Azərbaycanın bu sahədə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər, AMB və digər strukturlarla əməkdaşlıqdan razı qaldıqlarını, eləcə də bu əməkdaşlığın bundan sonra da qorunub saxlanacağına ümidvar olduqlarını bildiriblər.

Rüstəmovun sözlərinə görə, ikitərəfli əlaqələr uğurla inkişaf edir və diqqətəlayiqdir.

Görüşdə FATF-ın icraçı katibi Kevin Vandertqrift, ABŞ Maliyyə Departamenti yanında Maliyyə cinayətləri və maliyyə terrorizmi üzrə Agentliyin siyasi müşaviri Kristofer Burdik, "Moneyval"ın icraçı katibi Con Rinqas, Almaniyanın Federal Maliyyə Nəzarəti Təşkilatının pulların yuyulması ilə mübarizə şöbəsinin rəhbəri Cens Ferhof iştirak ediblər.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) cinayət gəlirlərinin "əldə edilməsi" və terrorizmin maliyyələşməsi ilə mübarizədə kollektiv tədbirlərin hazırlanması və həyata keçirilməsi üçün yaradılan hökumətlərarası təşkilatdır. FATF 1989-cu ildə Parisdə keçirilən "böyük səkkizliyin" sammitinin qərarına uyğun yaradılıb. Hazırda FATF-a 34 iştirakçı daxildir. FATF 1990-cı ildə pul vəsaitlərinin yuyulması ilə mübarizə aparmaq üçün 40 tövsiyə hazırlayıb. 1996-cı və 2003-cü illərdə pulların silinməsi texnologiyasının inkişaf etməsi ilə əlaqədar olaraq onlara yenidən baxılıb. Bundan başqa, FATF 2001-ci ildə terrorizmin maliyyələşdirilməsi ilə mübarizədə doqquz xüsusi tövsiyə də hazırlayıb. O, 2004-cu ilin oktyabrında dünyada dəyişmiş siyasi vəziyyətə uyğunlaşdırılıb. Bu sənədlər pulların silinməsi və terrorizmin maliyyələşməsinin qarşısının alınması üzrə beynəlxalq standartlar kimi qəbul edilib.

Xəbər lenti

Xəbər lenti