...

AİB iqlim uyğunlaşması üzrə layihələrin həyata keçirilməsi üçün Azərbaycana maliyyələşmə verməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2010 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir N.İsmayılova/

Asiya İnkişaf Bankı (AİB) Orta Asiya ölkələri və Azərbaycan üçün iqlimin uyğunlaşması üzrə layihə planlarını hazırlayıb. Bu barədə AİB-in Orta və Qərbi Asiya regionunda İqlim dəyişikliyi üzrə departamentinin baş mütəxəssisi Piter Heys bazar ertəsi Bakıda keçirilən iqlim dəyişiklikləri üzrə birgünlük seminar zamanı deyib.

"Uyğunlaşma planı banka üzv 47 ölkənin hər biri üçün hazırlanan AİB-in 2008-2020-ci illər üçün uzunmüddətli inkişaf proqramının tərkib hissəsidir. Odur ki, güman edirəm, Azərbaycan da bu proqramın həyata keçməsindən faydalana bilər", - Heys bildirib.

Onun sözlərinə görə, plana AİB-in maliyyə yardımı, o cümlədən, iqlim dəyişikliklərinin həyata keçirilməsinin davamlılığı, parnik qazlarının atmosferə buraxılmasının azaldılması layihələrinin maliyyələşdirilməsi, eləcə də günəş və külək enerjisinin inkişafı üçün bir milyard dollar həcmində investisya daxildir.

"Bu sahələrə investisiyanın qoyulması imkanlarını müəyyən etmək üçün bütün ölkələrdə hökumətlə danışıqlar aparılır və alternativ enerji mənbələrinin inkişafının mümkün olduğu ərazilər müəyyən edilir. Bundan sonra tərəfimizdən təhlil edilərək xəritələr hazırlanacaq və onlara uyğun müəyyən layihələrin maliyyələşdirilmsəi üzrə qərarlar qəbul ediləcək", - o deyib.

Onun sözlərinə görə, bundan başqa, AİB vəsaitlərinin iqlim uyğunlaşmasına yönələcəyi 20 milyard dollarlıq fonda daxil olmaq imkanı var.

"Həyata keçirilmə müddətinə gəldikdə, bu, layihələrin müddətindən və həcmindən asılı olacaq və biz Azərbaycanda bu sahədə sağlam layihələr portfelini görmək istəyirik", - o qeyd edib.

AİB-in verdiyi məlumatlara əsasən, Azərbaycan fəlakətli hallar nəticəsində ÜDM-in 25 faizini itirə bilər. Maliyyə ekvivalentində bu məbləğ 2,5 milyard dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti