...

Latviyanın daha bir lizinq şirkəti Azərbaycan bazarına çıxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2010 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir N.İsmayılova/

Sentyabrda Azərbaycanda vergi orqanlarında Latviyanın lizinq şirkəti "TKB Lizings"in nümayəndəliyi qeydiyyatdan keçib. Bu barədə Vergilər Nazirliyinin rəsmi saytının "bir pəncərə" bölməsində deyilir.

Onun təsisçisi Latviyanın "TKB Lizings" şirkətidir. Nümayəndəlik dövlət qeydiyyatından 2010-cu il sentyabrın 7-də keçib. Şirkətin qanuni nümayəndəsi Latviya vətəndaşı Telman Kərimovdur.

"TKB Lizings" Latviyanın "Trasta komercbanka"nın törəmə strukturudur. O, 1989-cu ildə yaradılıb. Kredit müəssisəsinin Ukrayna, Belarus, Qazaxıstan, Bolqarıstan, Kanada və Kiprdə nümayəndəlik və filialları var.

Bundan əvvəl Azərbaycanda Latviya kapitalı ilə 2005-ci ilin martından fəaliyyət göstərən yalnız "Parex Leasing and Factoring" şirkəti təmsil olunub. "Parex Leasing & Factoring"in ödənilmiş nizamnamə kapitalı 50 min dollar təşkil edir. Şirkət Latviyanın böyük bankı "Parex Bank"ın törəmə şirkətidir. "Parex Bank"ın lizinq şirkətləri Moskva, Sankt-Peterburq, Kiyev, Minsk, Tallinn və Vilnüsdə də fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti