...

İranda meyvə və tərəvəzin qiyməti sabit qalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2010 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir А.Yusifzadə/

Bir neçə həftə davam edən bahalaşmadan sonra İranda meyvə və tərəvəzin qiyməti sabitləşib. Lakin idxalına məhdudiyyət qoyulması və aşağı məhsuldarlığına görə banan kimi bır sıra meyvələrin qiyməti artacaq. Məlumatı bazar ertəsi Fars agentliyi yayıb.

"Banan kimi meyvələrin qiymətində artım təbii prosesdir. Ölkədə tələbatı ödəmək üçün daxili bazarda kifayət qədər məhsul var", - Kənd Təsərrüfatı nazirinin müavini Məcid Xəlili Xoşnud deyib.

Yemiş, qarpız, alma, portağal, banan kimi məhsulların qiymət artımı 2,3 faizdən 10,6 faizə qalxıb.

İran bazarlarında bir kiloqram almanın orta qiyməti növündən asılı olaraq 0,97 və 1,02 dollar, portağalın qiyməti təxminən iki dollar, naringi 1,04 dollara yaxın, üzüm təxminən bir dollar, yemiş 0,60 dollar, qarpız 0,30 dollar təşkil edir. Dörd faizlik endirimə baxmayaraq, xiyarın qiyməti təxminən 0,94 dollar təşkil edir. Ötən həftə İranda badımcan, kartof və soğanın qiymətində 5,2 faiz artım müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti