...

Azərbaycan Nazirlər Kabineti raritet avtonəqliyyat vasitələrinin idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair qaydanı təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2010 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Azərbaycan Nazirlər Kabineti "Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycanın ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair Qayda"nı təsdiq edib. Bu barədə Azərbaycan Nazirlər Kabinetinin rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.

Bu qayda cari ilin 6 mart tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycanın Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması üzrə Tədbirlər Planı"nına uyğun hazırlanıb.

Raritet avtonəqliyyat vasitələri - Azərbaycan Respublikasının gömrük ərazisinə mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və ölkənin gömrük sərhədini keçənədək zavod buraxılış tarixindən 40 ildən çox keçmiş avtonəqliyyat vasitələridir.

Raritet avtonəqliyyat vasitələrinin Azərbaycan ərazisində sərbəst dövriyyəyə buraxılması üçün mənşə ölkəsindən və gömrük dəyərindən asılı olaraq, respublikada qüvvədə olan qanunvericilik aktlarına uyğun xarici-iqtisadi fəaliyyətin mal nomenklaturasında nəzərdə tutulmuş qaydada gömrük ödənişləri alınacaq.

Raritet avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi Azərbaycanın gömrük sərhədini keçərkən seçilmiş gömrük rejiminin müddəalarından irəli gələn tələblərə uyğun olaraq aparılacaq.

Xəbər lenti

Xəbər lenti