...

Azərbaycanda kredit ittifaqlarının yaradılmasına maraq artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2010 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir N.İsmayılova/

İki kredit ittifaqı Azərbaycan Kredit İttifaqı Assosiasiyasına (AKİA) üzvlük üçün ərizə verib. Bu barədə Trend-ə AKİA-nın rəhbəri Elçin Bağırov deyib.

"Garabag 2010" kredit ittifaqı Ağcabədidə, "Ceyhun" isə Beyləqanda yaradılıb. Onların üzvlüyə daxil olması məsələsinə AKİA direktorlar şurasının iclasında baxılacaq", - Bağırov bildirib.

Onun sözlərinə görə, bu gün kredit ittifaqlarının sayının artması müşahidə olunur. AKİA-nın dəstəyi ilə yaradılmış ittifaqdan üçü Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyaların verilməsini gözləyir, hazırda daha 11 ittifaq yaradılmaq üzrədir.

AKİA-nın üzvləri olan kredit ittifaqlarının ümumi kapitalı bu günə 7,335 milyon manat təşkil edir, onların üzvlərinin ümumi sayı 17 493 nəfər, ümumi kredit portfeli 24,206 milyon manat təşkil edir.

Bu günə bütün respublika üzrə 80 kredit ittifaqı fəaliyyət göstərir, onların 67-si AKİA-nın üzvüdür. Assosiasiya 2003-cü ildə yaradılıb və hazırda dörd beynəlxalq təşkilatdan - Ümumdünya Qeyri-Hökumət Təşkilatları Assosiasiyası (WANGO), Ümumdünya Kredit İttifaqları Şurası (WOCCU), Asiya ölkələrinin kredit ittifaqlarının konfederasiya Assosiasiyası (ACCU) və Ümumdünya Bankı qrupuna daxil olan Mikromaliyyələşmə mərkəzindən üzvlük alıb.

Noyabrın 10-na olan rəsmi məzənnə 0,8 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti