Azərbaycan, Bakı, 21 yanvar /Trend/
2010-cu ildə də Azərbaycan bankı "Kapital Bank" tərəfindən xidmət şəbəkəsinin genişləndirilməsi üzrə bir sıra addımlar atılıb. Bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.
Məlumata əsasən, Azərbaycanda bankın 67 yeni bankomatı qurulub. Onların 21-i Bakıda, 46-sı isə regionlardadır.
Ümumilkidə "Kapital Bank"ın bankomatlarının100-ü Bakıda, 288-i respublikanın regionlarında quraşdırılıb.
2010-cu ildə POS-terminal şəbəkəsinin genişləndirilməsi məqsədilə də müvafiq tədbirlər həyata keçirilib. Hazırda Kapital Bankın ölkə üzrə istismarda olan POS-terminallarının ümumi sayı 418-ə çatır. Onlardan 276-sı Bakıda, 142-si isə respublikamızın regionlarındadır.