...

Azərbaycanda akkumulyator istehsalı üzrə zavodun tikintisi 300 milyon avroya başa gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2011 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart/Trend, müxbir N.İsmayılova/

Azərbaycanın ərazisində Serbiya ilə birlikdə akkumulyator istehsalı üzrə zavodun tikintisi 300 milyon avroya başa gələcək. Bu barədə Trend-ə Bakıda olan Serbiya-Azərbaycan Ticarət Palatasının prezidenti Mirko Baraç deyib.

"Layihə 300 milyon avroya yaxın məbləğdə birgə investisiyalar hesabına həyata keçiriləcək. Çünki iş mərhələlərlə aparılacaq, maliyyələşmənin ümumi həcmi bu məbləği ötə də bilər", - Baraç qeyd edib.

Onun sözlərinə görə, danışıqlar hələ davam edir və iki ay ərzində başa çatacaq. Layihə çərçivəsində ilk tenderin aparılması üzrə hazırlıq işləri artıq başa çatıb.

"Akkumulyatorların nəqli kifayət qədər bahalı porosesidr, buna görə burada istehsalın qurulması nəql tariflərinin ödənilməsi və gömrük rüsumları üçün xərclənə bilənəcək məsrəflərə 30 faiz qənaət etməyə imkan verir", - o vurğulayıb.

Onun sözlərinə görə, bu layihə həm də ekoloji əhəmiyyətə malikdir.

"Azərbaycanda əvvəllər köhnə akkkumulyatorların resirkulyarlığı olmayıb, indi onların yığımı aparılır və gələcəkdə onlardan istehsalda istifadə etmək mümkündür", - Baraç bildirib.

Layihənin həyata keçirilməsinə 18 aya yaxın vaxt lazım olacaq.

"İlk mərhələ çərçivəsində ildə yarım milyon akkumulyatorun istehsalı gözlənilir. Bundan sonra müəssisənin gücü artırılacaq, çünki bizim üçün təkcə Azərbaycan bazarı deyil, həm də bütün keçmiş sovet məkanın bazarı maraq doğurur", - bundan əvvəl Baraç deyib.

Farmakom MB şirkətinin [Sombor akkumulyator zavodu] akkumulyatorları artıq "Black horse" və "White horse" kimi məşhur modellərlə Azərbaycan bazarında təmsil olunub.

Xəbər lenti

Xəbər lenti