...

"Kredobank"ın səhmləri Bakı Fond Birjasının qeyri-kotirovka vərəqəsinə daxil edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2011 15:59 (UTC +04:00)
Bakı Fond Birjasına (BFB) "Kredobank" ASC-nin sadə, adlı, sənədli səhmlərinin birjanın qeyri-kotirovka vərəqəsinə salınması barədə müraciət daxil olub.
"Kredobank"ın səhmləri Bakı Fond Birjasının qeyri-kotirovka vərəqəsinə daxil edilib

Azərbaycan, Bakı, 11 mart /Trend/

Bakı Fond Birjasına (BFB) "Kredobank" ASC-nin sadə, adlı, sənədli səhmlərinin birjanın qeyri-kotirovka vərəqəsinə salınması barədə müraciət daxil olub. Bu barədə BFB-nin cümə günü yaydığı məlumatda deyilir.

Martın 11-dən "Kredobank"ın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınan beş milyon manat məbləğində səhm emissiyasının yerləşdirilməsinə başlanır. Emissiya çərçivəsində hər birinin dəyəri 10 min manat olan 500 səhm buraxılıb.

Səhmlərin yerləşdirilməsinin anderrayteri qismində "Chelsea Capital" MMC çıxış edir.

Bu gün bankın ödənilmiş nizamnamə kaplitalı 15,5 milyon manat təşkil edir. Bankın 2,5 milyon manatlıq sonuncu səhm emissiyası ötən ilin dekabrında keçirilib.

Bank 1994-cü ildə "Anar" kommersiya bankı adı ilə yaradılıb. Bu gün bankın 14 filialı fəaliyyət göstərir, onlardan altısı Bakıda, qalanı isə Gəncə, Quba, Masallı, Göyçay, İsmayıllı, Füzuli, İmişli, Xaçmazda yerləşir. Bank həmçinin 20 valyutadəyişmə məntəqəsinə malikdir.

Martın 11-nə olan rəsmi məzənnə 0,7933 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti