...

Azərbaycanda quşçuluq müəssisəsinin səhmlərinin yerləşdirilməsinə başlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2011 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend/

Martın 28-dən "İsmayıllı-Quşçuluq" ASC-nin ümumi məbləği 190 min manat olan adi, adlı, sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanacaq. Bu barədə BFB-nin bazar ertəsi yaydığı məumatında deyilir.

Emissiya prospektinə hər birinin nominal dəyəri iki manat olan 95 min ədəd qiymətli kağız daxildir.

Səhmlərin yerləşdirilməsinin anderrayteri qismində "Chelsea Capital" MMC çıxış edir.

Martın 14-nə olan rəsmi məzənnə 0,7933 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti