...

Mülki Aviasiya Administrasiyası Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya uğramasının mümkün səbəbini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2011 11:57 (UTC +04:00)
İyulun 5-dən iyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış Azərbaycanın "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin göyərtəsində 9 ekipaj üzvü olub.
Mülki Aviasiya Administrasiyası Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya uğramasının mümkün səbəbini açıqlayıb

Azərbaycan, Bakı, 6 iyul /Trend/

İyulun 5-dən iyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış Azərbaycanın "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin göyərtəsində 9 ekipaj üzvü olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mülki Aviasiya Administrasiyası məlumat verib.

Təyyarənin kapitanı 1969-cu il təvəllüdlü Kuzmin Sergey Viktoroviç 4576 saat uçuş həyata keçirən təcrübəli pilotdur.

Əfqanıstanın Hava Məkanının İdarə Edilməsi Xidmətinin məlumatına görə, iyulun 6-da saat 00:10-da (Bakı vaxtı ilə saat 02:10) Baqram aeroportu yaxınlığında yerə enməli olan "Silk Way"in yük təyyarəsilə ilə əlaqə kəsilir və radarlardan itir. Eyni zamanda, təyyarənin uçuşunu idarə edən dispetçer Kabil aeroportundan təxminən 25 kilometr məsafədə 4 kilometr yüksəlikdə alov gördüyü barədə məlumat verib.

Əlaqə kəsilənədək hava gəmisindən nasazlıq və ya qəza vəziyyəti ilə bağlı hər hansı bir məlumat daxil olmadığından onun havada naməlum obyektlə toqquşduğu ehtimal edilir.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə tikilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Baş verən insidentin araşdırılması üçün xüsusi komissiya yaradılır və Əfqanıstanın aviasiya rəhbərliyi ilə əldə olunan razılaşma üzrə qəza yerinə mütəxəssislərin göndərilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti