...

Azərbaycanın life-şirkəti sentyabrda həyat sığortasının əsas növlərindən birini işə salacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2011 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanın həyat sığortası şirkəti "Paşa Həyat" sentyabrın sonuna bazara həyat sığortasının əsas növlərindən biri - yaşam sığortasını çıxarmağı planlaşdırır. 2011-ci ildə bu növ üzrə yarım milyon manat sığorta haqqının yığılması planlaşdırılır. Bu barədə Trend-ə cümə axşamı "Paşa Həyat" sığorta şirkətinin idarə heyətinin sədri Mürsəl Rüstəmov deyib.

Bu növün əsasında uzunmüddətli toplama sığortası durur. Onun payına dünyada yığılan bütün sığorta haqlarının yarısı düşür. O, pul vəsaitlərinin uzunmüddətli saxlanılmasının spesifik formasıdır. Həm sığortanın müstəqil növü kimi tətbiq edilə, həm də həyat sığortasının qarışıq hissəsinə daxil ola bilər.

"Yaşam sığortası üzrə sığorta haqlarının "Paşa Həyat"ın sığorta yığımlarının ümumi həcmində xüsusi çəkisi bu il 15 faiz səviyyəsində gözlənilir", - Rüstəmov bildirib.

Onun sözlərinə görə, ilin sonuna şirkət 10-11 milyon manat sığorta haqqı yığmağı planlaşdırır. Hazırda sığorta yığımlarının həcmi 6,7 milyon manata çatır, ödənişlər isə təxminən 100 min manat məbləğindədir. Ödənişlərin hamısı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın altı növü üzrə həyata keçirilib.

"Paşa Həyat" ilin sonunadək öz portfelində könüllü həyat sığortasının payını 30 faizə çatdırmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti